Oruc tutanların DİQQƏTİNƏ! - Bayramdan sonra...
Ramazan ayı bitdiyi üçün oruc tutan şəxslər normal qidalanma rejiminə qayıdıb.
Bir ay boyunca aclığa və susuzluğa öyrəşmiş orqanizmi əvvəlki vərdişinə qaytarmaq üçün nələr edilməlidir?
Redaktor.az-ın məlumatına görə, Ramazandan sonra əvvəlki yemək vərdişinə sürətlə dönmək orqanizmdə müəyyən problemlərə yol aça bilər. Buna görə də bir sıra qaydalara əməl etmək lazımdır. Çünki aclığa alışan bədənin normal yemə nizamına alışması üçün ən az 9 gün lazımdır. Aşağıdakı qaydalara əməl edərək, düzgün qidalanma ilə orqanizmdə fəsadların yaranmasının qarşısını ala bilərsiniz:
Günə səhər yeməyi ilə başlayın.
Ramazan ayı boyunca yavaşlayan maddələr mübadiləsini sürətləndirmək üçün yumurta, pendir, qaynadılmış tərəvəz ilə günə başlaya bilərsiniz.

Yeməklərdən gün ərzində az miqdarda yemək lazımdır.
Tərəvəz və meyvələrdən tez-tez istifadə edilməlidir. Lifli qidaların (paxlalı bitkilər, xurma, göyərti, meyvə) istehlakı artırılmalıdır. Naharda pendir, zeytun, pomidor, xiyar, bal və ya bəkməz, kəpək çörək, yumurta, süd kimi yüngül qidalardan istifadə etmək orqanizm üçün faydalıdır.
Axşam menyusu sadə və yüngül olmalıdır.
Yatmazdan 2 saat əvvələ qədər yemək və içmək işini bitirmək vacibdir.

Yağ və şəkər qəbulunu minumuma endirin.
Şəkərli şirniyyatlardansa, süddən hazırlanmış qidalara üstünlük vermək daha məqsədəuyğundur. Şirniyyat məhsulları bədəndə yağ kimi toplanır, insulin mübadiləsini, həmçinin qaraciyərə, mədə və bağırsaqlara ziyan verir. Bütün bunları nəzərə alaraq, şirniyyat yemə vərdişini məhdudlaşdırmaqda fayda var.
Gün ərzində içilən çay və ya kofe 3 stəkanı keçməməlidir.
Ramazan ayı boyunca su az istifadə edildiyi üçün orqanizmin su ehtiyacı artır. Hər saat 1 stəkan su içərək maddələr mübadiləsini və bədənin su ehtiyacını normaya sala bilərsiniz. Çay, qəhvə, kolalı içkilər yerinə su, ayran, kompot, meyvə şirəsi seçilməlidir. Gün ərzində 3 litr su içmək lazımdır.
Gülşən Şərif / Redaktor.az












