DÜNYA ŞOKDA - 700 uşaqda QİÇS virusu aşkarlandı

 09:15 05.07.2019     4514

Pakistanın cənubunda 700 uşaqda QİÇS virusu aşkarlanıb.

Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə The Telegraph nəşri məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, Larkana əyalətində uşaqlarda şübhəli virus hələ aprel ayında üzə çıxmışdı. Lakin son müayinələr virusa yoluxanların sayının 700 nəfəri keçdiyini göstərdi.

Ümümdünya Səhiyyə Təşkilatı yoluxma halları ilə bağlı bölgədə monitorinqlərə start verib. Təşkilat ümumilikdə 30.000 nəfərdən qan nümunələri götürüb. Yoxlanan şəxslərdən 876 nəfərində virus aşkarlanıb.

Rüfət Xəlil / Redaktor.az

 

Vumart və Güvən reklamı Vumart Güvən