Ölüm mövsümü - Ürək xəstələri bu aylara DİQQƏT !
Rusiyanın nüfuzlu Tomsk Milli Kardiologiya Mərkəzinin həkimləri urək problemləri olan şəxslər üçün ən təhlükəli ayları açıqlayıb.
Redaktor.az Life.ru-ya istinadən xəbər verir ki, təbiblər may və yanvar aylarının xüsusilə riskli olduğunu açıqlayıb. Bu aylarda ürəktutma riski digər aylara nisbətdə 12 faiz çoxdur.
Ürək-damar və təzyiq xəstəliyi olan şəxslər üçün ən ideal ayın noyabr olduğu müəyyənləşib.
Həkimlər həmçinin meteohəssas insanların da may-yanvar aylarında ehtiyatlı olmasını məsləhət görüb.
Rüfət Xəlil / Redaktor.az