Həkimlər xəstənin ağız nahiyəsindən yaddan çıxmış aləti çıxardılar

 21:13 06.07.2019     2354

Tailandda həkimlər, xəstənin çənə nahiyəsində əməliyyat zamanı yaddan çıxmış alət başlığını çıxarıblar.

Redaktor.az deyerler.org-a istinadən bildirir ki, stomatoloq həkim 33 yaşlı Krittike Rittixanın beş il əvvəl ağıl dişini çıxarmışdır. Əməliyyat zamanı alətlərdən birinin ucluğu sınaraq, çənə nahiyəsində ilişib qalmışdır. Həkimlər ucluğun təbii olaraq yara sağalarkən özünün çıxacağını bildirmişdir. Lakin bundan sonra xəstə dilinin aşağı hissəsindən keyimələrdən şikayət etməyə başlamışdır.

Bu ilin əvvəlində həkimlərə müraciət etmiş xəstə, ucluğun hələ də çənə nahiyəsində olmasını bilmişdir. Artıq infeksiya yayılmağa başlamışdır. Stomatoloqlar əməliyyat keçirməyi qərara alır. Xəstəyə antibiotik kursu təyin edildikdən sonra, əməliyyat vasitəsi ilə alət başlığı çıxarılmışdır. Xəstə özünün yaxşı hiss etməsini bildirmişdir və buna görə həkim heyətinə minnətdarlıq etmişdir.