Yayda varikoz əməliyyatı etdirmək olarmı? - İZAHI

 11:14 19.07.2019     4571

Varikoz "qadın xəstəliyi" sayılsa da, kişilərdə də bu xəstəliyə rast gəlmək mümkündür.

Bu xəstəliyin kapilyarlarda görünən (retikulyar varikoz) və dərialtı venalarda yaranan formaları var. Dərialtı venalarda yaranan varikoz ilkin mərhələdə özünü müəyyən müddət ayaqüstə durduğumuz zaman ayaqlarda ağırlıq hissinin yaranması ilə göstərir. Bunun əsas səbəbi isə damarlarda qapaq çatışmazlığı nəticəsində qanın yuxarı qalxa bilməməsidir.

Fleboloq cərrah İsmayıl Əsgərov Redaktor.az-a açıqlamasında bildirib ki, varikoz xəstəliyi 15-40% hallarda genetik olaraq ötürülür:

“Varikoz xəstəliyinə təsir edən digər amillərə artıq çəki, hamiləlikdə yaşanan hormon dəyişməsi, uzun müddət ayaqüstə qalmaq, ağır yük qaldırmaq  kimi faktorları misal çəkmək olar”.

İ.Əsgərovun sözlərinə görə, qadınlar arasında daha çox 35-40 yaş arasında bu xəstəliyə rast gəlinir:

“Burada başlıca faktor hamiləlikdən sonrakı yaş dövrüdür. Eyni zamanda, damar genişlənməsi əvvəlki yaşlarda olsa da, yaş artdıqca özünü daha çox biruzə verir. Bu xəstəlik canlılar arasında yalnız insanlarda mövcuddur”.

Bəs bu xəstəlikdən yaxa qurtarmaq mümkündürmü?

Bu sualın cavabı ilə aşağıdakı videodan tanış ola bilərsiniz:

Gülşən Şərif/ Redaktor.az