Dəri xəstəliklərini müalicə edən İNANILMAZ YENİLİK

 01:22 07.08.2019     4044

İzmir Yüksək Texnologiya İnstitutunun Araşdırma Mərkəzində badımcandan dəri xəstəliklərində istifadə ediləcək dərman hazırlanıb.

Redaktor.az xəbər verir ki, badımcandakı qlikoalkaloid maddəsinin dəriyə xeyirli olduğu üzə çıxıb.

Universitetin Molekulyar Biologiya və Genetika Kafedrasının professoru Doktor Sami Doğanlar və professor Doktor Anne Frarinin rəhbərliyi ilə badımcanın dəriyə təsirləri üzərində araşdırma aparılıb. Araşdırmaçılar badımcana parlaqlıq verən qlikoalkaloidi badımcandan əldə edərək bunu dərman halına gətirib. Dəri xəstəliklərində istifadə edilən bu dərman müsbət nəticələr verib.

Professor Doktor Sami Doğanlar badımcanın çox uzun illərdir müalicə məqsədilə istifadə edildiyini vurğulayıb. /publika.za/

Vumart və Güvən reklamı Vumart Güvən