Gündə 3 saat telefon istifadə edənlərdə piylənmə başlayır - YENİ ARAŞDIRMA

 00:49 09.08.2019     770

Əgər bir insan gündə 3 saatdan artıq davamlı olaraq smartfonda vaxt keçirirsə, onda piylənmə başlayır.

Redaktor.az xəbər verir ki, təcrübə üçün tələbələr arasında müşahidə aparılıb. 5 saat və daha artıq telefon istifadə edən tələbələrdə 43% daha çox piylənmə və kökəlmə problemləri başlayıb, nəinki az müddət istifadə edənlərdə.

Artıq çəkidən əziyyət çəkən 25% və tam piylənmədə diaqnozu olan 5% gənclər gündə 4-5 saatdan artıqtelefonda vaxt keçirənlər idi. 

Alimlər bildirir ki, telefonda daha çox vaxt keçirdikcə gənclər az hərəkət edir, durğunluq yaranır, eləcə də internetdə nəyəsə baxdıqda daha çox qida, şirniyyat və şirin sular qəbul edirlər. Bu zaman iştaha nəzarət etmək olmur. 

 

Alimlər həyəcan təbili çalaraq, bu gənclərin gələcəkdə təkcə piylənmədən yox, diabet, ürək xəstəlikləri, xərçəngdən əziyyət çəkəcəyini bildirir. 

Eləcə də hava qaralanda, gecəyarı qaranlıq otaqda telefon ekranına baxmaq maddələr mübadiləsi və beyni pozur./medicina.az/