Təhlükəli xəstəlik AVROPAYA ÇATDI - Serbiya və Slovakiyada həyəcan təbili

 01:24 13.08.2019     1972

Təhlükəli Afrika vəbası Şərqi Avropaya gəlib çatlb.

Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, donuzlarda yayılan bu xəstəlik Avropada ilk olaraq Serbiyada və Slovakiyada aşkarlanıb.

Məlumata görə, yaxın günlərdə Polşa,Rumıniya və Bolqarısatanda da Afrika vəbası üzə çıxacaq.

Məsələ ilə bağlı Avropa Baytarlıq İttifaqı xəbərdarlıq edib.

Qeyd edək ki, Afrika vəbası ilk olaraq ötən il Çində yayılmağa başladı. Qısa müddət ərzində Çindən Vyetnama və kontinentin digər ölkələrində sürətlə yayılan xəstəlik 3 milyondan artıq donuzun tələf olmasına səbəb oldu.

Rüfət Xəlil / Redaktor.az