Xərçənglə mübarizədə ən təsirli qidalar açıqlandı

 23:39 14.08.2019     2256

Avstraliya və Danimarka alimləri xərçəng xəstəliyi ilə bağlı araşdırma aparıblar.

Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, anoloji araşdırma "Nature" dərgisində nəşr edilib.

Araşdırmaya görə, tərkibində flavonoid olan qidalar xərçəngin qarşısını digərlərinə nisbətən daha çox alır.

Bu araşdırma uzun illər ərzində 56 min insanın üzərində aparılıb. Xüsusilə flovonoidlə zəngin olan yaşıl çay, sitrus meyvələr, araxis, cəfəri, tünd şokolad və qırmızı çaxır xərçənglə mübarizədə effektivdir.

Rüfət Xəlil / Redaktor.az