Ötən il Azərbaycanda şəkərli diabetdən 1332 nəfər ölüb

 12:07 15.08.2019     7748

2018-ci ildə Azərbaycanda şəkərli diabet  diaqnozu ilə 24774 nəfər qeydə alınıb. 

Dövlət Statistika Komitəsindən bildirilib ki, onlardan 10935 nəfəri kişi, 13839-u qadındır. Həmin xəstələrdən 139-u 0-13, 85-i 14-17, 447-si 18-29, 24103- ü 30 və yuxarı yaş qruplarına aiddir.

Məlumata əsasən, insulindən asılı I tip şəkərli diabet xəstələri 1611 nəfərdir.  Onlardan 138 nəfəri 0-13, 78 nəfəri 14-17, 196 nəfəri 18-29, 1199 nəfəri 30 və yuxarı yaş aralığına malik insanlardır. 
İnsulindən asılı olmayan II tip şəkərli diabet  xəstələrinin sayı isə 23163 nəfərdir. Onlardan 1-i 0-13 yaş qrupuna, 7 nəfəri 14-17 yaş qrupuna, 251 nəfəri 18-29 yaş qrupuna, 22904 nəfəri 30 və yuxarı yaş qrupuna aiddir.

İlin sonuna olan məlumata əsasən, müalicə-profilaktika müəssisələrində şəkərli diabet  diaqnozu ilə qeydiyyatda olan  xəstələrin sayı 255470 nəfərdir. Onlardan 115510 kişi, 139960 nəfəri isə qadındır. Xəstələrdən 943-ü 0-13 yaş aralığına, 774-ü 14-17 yaş aralığına, 7054-ü 18-29 yaş aralığına, 246699-u 30 və yuxarı yaş aralığına malik şəxslərdir. 

Müalicə-profilaktika müəssisələrində olan insulindən asılı I tip şəkərli diabet xəstələrinin sayı isə 30863 nəfərdir. Onlardan 938 nəfəri 0-13 yaş qrupuna, 753 nəfəri 14-17 yaş qrupuna, 3397 nəfəri 18-29 yaş qrupuna, 25775 nəfəri isə 30 və yuxarı yaş qrupuna aiddir.

Müalicə-profilaktika müəssisələrində olan insulindən asılı olmayan II tip şəkərli diabet xəstələrinin cəmi isə 224607 nəfərdir. Xəstələrdən 5-i 0-13 yaş qrupuna, 21- i 14-17 yaş qrupuna, 3657-si 18-29 yaş qrupuna, 220924-ü isə 30 və yuxarı yaş qrupuna məxsus şəxslərdir. 

Bildirilib ki, 2018-ci ildə 13937 nəfər xəstəxanalarda şəkərli diabetdən  müalicə olunub.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2018-ci ildə ölkə üzrə şəkərli diabetdən ölənlərin sayı 1332 nəfər olub. Onlardan  556 nəfərini kişi, 776 nəfərini isə qadınlar təşkil edib. Şəkərli diabetdən ölənlərin sayı digər şəhər və rayonlara nisbətən  Bakı şəhərində (167 nəfər) və Şəki rayonunda ( 98 nəfər) daha çox olub.//Apa.az