Uşaqlar üçün yeriyən təhlükə: "Valideynlər ciddi səhvə yol verirlər"

 23:05 16.08.2019     1632

Körpələr daha tez yeriməsinə köməklik üçün uşaq arabalarına üz tuturuq. Düşünürük ki, bu arabalar sayəsində körpələriniz tez bir zamanda yerimə öyrənir. Kənardan bu üsul eyni zamanda əyləncə mənbəyi kimi görəsənsə də, həkimlər bu fikirdə deyillər. "Uşağın yerimə mərhələsini məcburi şəkildə erkən başlatmaq düzgün deyil. Bu, uşaqda onurğa əyriliklərinə, ayaq sümüklərində əyilmələrə gətirib çıxara bilər".  

Redaktor.az milli.az-a istinadən xəbər verir ki, bunu Pediatr Nigar Sadiyeva medicina.az-a açıqlamasına bildirib. Həkim tövsiyə edib ki, yürütəclərdən çox istifadə edilməsin: 

"Uşaqların kobud motor və incə motor fəaliyyətləri dediyimiz, yəni beyin inkişafının 4 hissəsi var. Sosial fərdi inkişaf, nitq inkişafı, incə motor, kobud motor fəaliyyət. Bunların inkişafında müəyyən bir ardıcıllıq var. Sadədən mürəkkəbə doğru. Uşaqlar o ardıcıllıq ilə beyinin inkişafına nail olurlar. Valideynlər adətən yürütkəcləri körpələrin ortalama 5 ayından 15 ayına qədər istifadə edirlər. 5 aydından xüsusən erkəndir. Bəzən bunun da şahidi oluram ki, otura bilməyən bir uşağı yürütəcə qoyurlar. Bu təbii ki, ciddi fəsadlarla nəticələnə bilir".
 
Pediatr mütəxəssislərin niyə yürütəclərə isti yanaşmamasının səbəblərini də açıqlayıb:
 
"Bunlar çox qəzalara səbəb olur, yəni körpələr hələ ayaqda düzgün yeriməyə hazır deyil. Onu birdən-birə bir yürütkəcə qoyub, onun hesabına yeriməsini təmin etməyə çalışırlar. Bu halda çox sürətli yerimə əldə edilir. Tam motor fəaliyyəti başa çatmadığı üçün sürətlə hərəkət edirlər.  Həmin uşaqlar masanın örtüsün çəkə bilir, üzərindəki qaynar qazan və yaxud hər hansı əşyanı üzərinə sala bilir. Bu kimi halları çox görürük. 9-10 aylıq dövrdə körpənin yerdə oturaraq, sürünərək, iməkləyərək, özü problemləri həll edərək, əllərindən, gözlərindən necə istifadə eləməyi qavrama dönəmidir. Bunların hər birinin ayrı-ayrıllıqda öz faydaları var. Amma belə mərhələdə körpəni yürütkəcə qoyduqda ən sadə bir şey üçün də dik durmağa çalışacaq. Hansı ki, biz istəyirik körpə əvvəlcə iməkləsin, sonra ayağa qalxsın. Bütün yerimə mərhələləri addım-addım olsun. Yürütəc bu mərhələləri uşağa yaşamağa imkan vermir. Birbaşa yeriməyə sövq edir. Halbuki bu dövrdə uşaq qarnı üstə uzanmalı, arxaya çevrilməyi və qarnı üstə qalxmağı, həmçinin nədəsnə tutub qalxmağı öyrənməlidir".
 
Həkimin sözlərinə görə, yürütəclə bu ardıcıllıq pozulmuş olur.
 
"Yürütəclə  ayağa durmağın, sərbəst yeriməyin bütün mərhələlərinin qabağını alırıq. Bu önəmli nüansın qarşısını almış oluruq. Arabada onların ombalarına yük düşür, ayaqlarına güc olur. Ona görə də ortepedi uzmanları da tövsiyə etmirlər. Yürütəçə (manejə) qoyulan körpələr gec gəzməyə başlarlar. Bunun da bir sıra səbəbləri və nəticələri var.
 
Diqqət edilməsi vacib məqamlar:
 
-Gəzmək üçün ağırlıqlarını qaldırmağı öyrənə bilmirlər
-Kürəklərini necə dik tutmağı bacarmırlar
-Yıxılmamaq üçün tarazlıqlarını saxlamağı öyrənmirlər
-Barmaqlarını ucunda gəzərlər.
-Yürütəçlə birlikdə yıxıla bilərlər.
 
Qucaqda apardıqda fikir verin və 11 ayından tez uşağı yürütəcə qoymayın.