Aspirinin süd vəzi xərçəngində rolu - Alimlər araşdırdı

 03:01 17.08.2019     1564

Aspirinin xərçəng xəstələrinə müsbət təsiri birmənalı qarşılanmır. Rusiyada xüsusən süd vəzi xərçəngi xəstələrinə aspirin təyin olunması Avropa onkoloqları tərəfindən şübhə ilə qarşılanırdı. 

Amerika tibb universitetlərinin bir neçə tədqiqatı aspirinin xərçəngdə təsiri barədə idi.

Redaktor.az medicina.az-a istinadən bildirir ki, artıq elmi işlərin nəticələri Canser dərgisində elan edilib.

Belə ki, öncəki tədqaiqatlar göstərmişdi ki, aspirin qəbul etmək qadınlarda süd vəzi xərçəngini azaldır, əgər artıq onkoloji xəstədirsə, sağqalmaq və müalicə effektini artırır. Alimlər dərmanın güclü iltihab əleyhinə təsirini asetilsalisil turşusunda görürdülər. 

Lakin heç də bütün xəstələrə aspirin müsbət təsir etmir, elə qadınlar var ki, əksinə aspirin şişi daha da aqressiv edib.

Alimlər hesab edir ki, dərmanın belə təsir göstərməsi genetik amillərlə bağlıdır.

Bunu sübut etmək üçün, 1266 süd vəzi xərçəngi xəstəsi analiz olunub. Qadınlar üzərində müşahidələr 20 il aparılıb. Bu müddət ərzində xəstələrdən 476 nəfəri ölmüşdü.  Onlardan bir çoxu aspirin qəbul edirdi. 

Məlum olub ki, xəstəlikdən əvvəl aspirin qəbul edənlərdə süd vəzi xərçəngindən ölüm riski 67% təşkil edib. Bu qadınlarda DNK-da dəyişiklik qeydə alınıb. Ancelina Coli geni adını  alan genoma çox aqressivdir, hansı ki, aktrisa bu genlərinə görə, xərçəngə yoluxmamaq üçün hər iki süd vəzi və yumurtalıqlarını əməliyyatla götürüb.

Bu genoması olan xəstələrə aspirin aqressiv təsir edir və müalicə və yaşamasına effekt vermir.

Amma DNK-sında bu geni aktiv olmayan xəstələrdə ölüm riski 40%-dir. Onlara aspirin az-çox təsir edir. 

Lakin alimlər məsləhət görmür ki, hər xərçəng diaqnozu qoyan dərhal aspirin qəbul etməyə başlasın. Və yaxud əksinə aspirin qəbul edirsizsə, onu atmalısız. Sadəcə xəstəliyin gedişatına, aktivliyinə baxıb, eləcə də bu genomun olmasını yoxlatdırmaq lazımdır. 

Gələcəkdə elmi tədiqaqatlar daha dəqiq olaraq kimə aspirin uyğun olmasını, kimə isə olmamasını ayırd edə biləcək.