Dünyada ilk dəfə - Donuz ürəyi insana köçürüləcək

 19:43 19.08.2019     10560

Donuzların ürəyi insanlara köçürüləcək.

Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, bunu məşhur britaniyalı cərrah-transplantoloq Terens İnqliş deyib.

İnqliş 2019-cu ilin sonunda ilk dəfə donuz böyrəyinin bir insana köçürüləcəyini də bəyan edib. Məhz böyrək köçürülmə əməliyyatından sonra Terens İnqliş, ürək transplantasiyasının mümkün olacağını sözlərinə əlavə edib.

Böyük Britaniyada 300-dən çox insanın ürək köçürülmə əməliyyatına ehtiyacı var. Alimlər donuzların orqanlarının həcminə görə insan orqanlarına ən yaxın olduğunu açıqlayıb.

Rüfət Xəlil /Redaktor.az