Alkoqolizmlə mübarizədə yeni üsul tapıldı

 00:22 21.08.2019     1474

Britaniya alimləri alkoqolizmin yeni müalicə üsulunu tapdıqlarını açıqlayıblar.

Redaktor.az-ın məlumatına görə, bu barədə "The Guardian” yazıb.  

Britaniyalılar yeni müalicə üsulunu ekstazidən istifadə etməklə həyata keçirib. Eksperimentdə 11 nəfər iştirak edib. Araşdırmaçılar pasiyentlərə 9 ay nəzarət edib. Məlum olub ki, spirtli içkinin mütəmadi istifadəsinə sınaqdan keçirilənlərdən yalnız 1-i qayıdıb. Onlardan 5-i alkoqoldan tam imtina edib, digərləri isə nadir hallarda qəbul edir.  

Alimlərin fikrincə, ekstazi asılılıqla mübarizədə digər üsullardan daha effektlidir. Onlar eksperimentdə iştiak edənlərin orqanizmində bunun mənfi təsirini görməyib.  /medicina.az/