"Azərbaycanda 1000 nəfərə 10 donor düşür" - Baş hematoloq

 11:51 22.08.2019     2152

"Azərbaycanda qan donorluğunun 92 ildən çox tarixi var".

Redaktor.az xəbər verir ki, bunu 19-cu Beynəlxalq Gənclər Forumunda çıxışında Səhiyyə Nazirliyinin Baş hematoloqu Çingiz Əsədov deyib. Onun sözlərinə görə, ilk qan 1927-ci ildə ağır formalı anemiyadan əziyyət çəkən, mədə xərçəngi diaqnozu qoyulan xəstəyə köçürülüb:

"Donorların çox hissəsini gənclər təşkil edir. Son zamanlar Azərbaycanda 5 dəıfə Gənc Donorlar Forumu keçirilib. Bu forumlar müxtəlif bölgələrdə təşkil olunub".

Baş hemetoloq 2005-ci və 2018-ci illərin göstəriciləri arasındakı fərqləri də deyib. Bildirib ki, 2005-ci ildə Azərbaycanda 1000 nəfərə 2.7 donor düşürdüsə, 2018-ci ildə bu rəqəm 10 olub: "Ümumdünya Səhiyyə Təşkıilatının məlumatına görə, hansı ölkədə bu say 10 nəfərə çatıbsa, o ölkə özünü qan və qan preparatları ilə təmin edə bilir. Dünyada belə ölkələrin sayı 70-dir".//Apa.az