Qarpız və yemişlə bağlı yeni araşdırma - Saat 7-dən sonra...

Qarpız və yemişin düzgün yeyilmə vaxtı məlum olub.
Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə tanınmış rusiyalı dietoloq-həkim Vadim Krılov açıqlama verib.
Krılovun sözlərinə görə, qarpız və yemişi saat 19-00-a kimi yemək daha məqsədəuyğundur.
Tərkibində şəkərin miqdarı çox olması səbəbindən qarpız və yemişi günün birinci yarısı yemək daha faydalıdır. Axşam yeyilən qarpız daha çox orqanizmdə şəkər səviyyəsini qaldıra bilər.
Krılov həmçinin böyrək problemləri olan şəxslərə qarpızdan uzaq olmağı tövsiyyə edib.
Rüfət Xəlil / Redaktor.az