Son 5 ayda Azərbaycanda 67 nəfəri ilan, 16 nəfəri əqrəb sancıb

 13:48 29.08.2019     2093

Azərbaycanda aprel-avqust aylarında 67 nəfəri ilan, 16 nəfəri isə əqrəb sancıb.

Bunu baş toksikoloq, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, ilan sancanlardan 4 nəfəri azyaşlı olub: “Müraciət edənlərin 60%-i kişi, 40%-ni qadınlar təşkil edib. İlan və əqrəb sancmaları ilə bağlı ölüm halı qeydə alınmayıb. 67 nəfərdən 16-sının vəziyyəti ağır, qalan 51 nəfərin vəziyyəti isə orta-ağır qiymətləndirilib”.

A.Maqsudov qeyd edib ki, avqust ayında 5 nəfəri ilan sancıb. 
“Havaların sərin keçməsi ilə əlaqədar çox müraciət yoxdur”,- deyə o vurğulayıb.//Apa.az