Ünsiyyət ömrü uzadır - Alimlər açıqladı

 04:23 30.08.2019     2962

Dostlarla, yaxın insanlarla ünsiyyət, mütəmadi görüşlər ömrün uzanmasına təsir edir, qocalma prosesini ləngidir.

Redaktor.az milli.az-a istinadən bildirir ki, London Universitet Kollecinin bir qrup tədqiqatçısı 50 yaşdan 90 yaşa kimi 7304 nəfərin həyatını analiz etdikdən sonra bu qənaətə gəlib ki, yaxınları ilə ünsiyyətə üstünlük verənlərin sağlamlığı daha möhkəm olur.

Tədqiqat nəticəsində o da məlum olub ki, özünü gümrah hiss edən insanların 73%-dən çoxu həftədə azı bir dəfə dostları ilə görüşür, muzeylərə, teatrlara, kilsələrə, idman zallarına gedir və ictimai təşkilatlarda fəaliyyət göstərirlər.

Nəticədə həmin insanların səhhəti pisləşmir, əksinə həyat onlara daha çox sevinc bəxş edir.