Çətin xəstəlikləri sağaldır: Araqda yağ – Əfsanəvi Şevçenko metodu

 21:36 31.08.2019     384

Nikolay Şevçenkoya məxsus bu resept və metod ən çətin, sağalması mümkün olmayan xəstəliklərin müalicəsi üçün effektivdir deyirlər: sarkoma, sirroz, hepatit, nefrit, astma, artrit, allergiya, xora, diabet, təzyiq.

Çox adamın məlumatı olmadığı bu metodun müəllifi əmindir ki, araqda yağ immuniteti möhkəmləndirib, müalicəni effektiv edib, insan ömrünü uzadacaq.

Şevçenko bildirir ki, müaicəni yarımçıq qoymaq və digər xalq təbabəti vasitələrini bu metodla eyni vaxtda edib, onun təsirini azaltmaq olmaz.

Redaktor.az Medicina.az-a istinadən həmin resepti təqdim edir.

30 ml rafinə olunmamış günəbaxan yağı

30 ml 40% li araq

Hər ikisi təzə, keyfiyyətli olmalıdır.

Qapaqlı şüşə butula töküb, çalxalayırsız. 2 xörək qaşığı miqdarında gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl qəbul edirsiz.Butulda hazır məhlul həmin gün ərzində bitməlidir. Hər dəfə qəbul edəndə azı 5 dəqiqə çalxalayıb yağı araqda yaxşıca həll etməlisiz.

10 gün ardıcıl içib, sonra 5 gün fasilə verirsiz. Sonra yenə 10 gün davam edib, 5 gün fasilə. 3 dəfə belə kurslarla qəbul edib, sonra 3 həftə fasilə verirsiz. Növbəti kursda dozanı artırırsız.