Bu qidalar sonsuzluq yaradırmış - Hər gün yeyirik

 01:30 01.09.2019     344

Çipsi, kartof fri və digər qızardılmış məhsulların tərkibindəki kanseroqen maddələr, o cümlədən akrilamid insanın daxili orqanları üçün ciddi təhlükə mənbəyidir.

Çipsi, kartof fri və digər qızardılmış məhsulların tərkibindəki kanseroqen maddələr, o cümlədən akrilamid insanın daxili orqanları üçün ciddi təhlükə mənbəyidir.

Redaktor.az ölkə.az-a istinadən bildirir ki, alimlər gəldiyi nəticəyə əsasən adı çəkilən qidalar kanseroqen effekt yaratdığından  insan bədəninə, xüsusən də reproduktiv orqanlar - axili cinsi orqanlar üçün ciddi təhlükə mənbəyidir. Belə ki, bu məhsullar insanlarda sonsuzluqla yanaşı digər ciddi fəsad törədən xəstəliklərə yol açır. 

Akrilamid  kraxmallı məhsulların tərkibində olduğundan, bu maddə ancaq  120 dərəcə istidən sonra  bişir və ya qızarır. Akrilamid  kofe, kartof çipsisində, konditer məhsullarında, qarğıdalı çubuqlarında, qızardılmış kartofda və bir sıra digər məhsullarda  rast gəlinir.

Qida məhsullarında akrilamidin  səviyyəsini aşağı salmaq üçün  kartofu  təmizlədikdən sonra 2 saatadək suda saxlamaq və qarışdırmaq lazımdır. Kartofu qızardan zaman  qəhvəyi rəngə çevrilmədən, qızılı rəng alan kimi götürülməsi məsləhətdir. Bundan əlavə kartofu nazik deyil, bir az qalın dilimlərə doğramaq lazımdır. Nazik dilimlərdən fərqli olaraq qalın dilimlərdə akrilamid daha az olur. 

Odur ki, alimlər kartof çipsilərdən, şirin və qazlı, energetik  içkilərdən, kreker, suxariklər, şokolad batonlardan imtina etməyi və bacardıqca az istifadə emtəyi tövsiyyə edir.