Sinir sistemindəki problemlər bu xəstəliklərə səbəb olur

 14:48 01.09.2019     892

İnsanlarda digər orqanlar və sistemlərin pozulması xəstəliklərə yol açdığı kimi, sinir sisteminin zədələnməsi də müxtəlif problemlərə səbəb olur.

Redaktor.az e-tibb.az-a istinadən bildirir ki, bunu nevroloq, uzman həkim Nərgiz Ağayeva açıqlayıb.

Həkim bildirib ki, iflic,  Sara xəstəliyi (epilepsiya), depressiya və panik atk sinir sisteminin belə xəstəliklərindəndir. Məsələn, iflic keçirən xəstədə gücsüzlük, nitqin pozulması, müvazinətin  pozulması, depressiya zamanı narahatlıq hissi, yuxusuzluq, özünə qapanma və s. hallar yaranır.
Amma bunlar ruhi problemlər deyil. Sinir sistemində problem olduğu halda müəyyən ağrılara səbəb olduğu kimi, bədəndə hər hansı ağrıyan nahiyə varsa, bununla daha da kəskinləşir. Məsələn, miqreni olan xəstənin gün ərzində əsəbi gərginliyi artarsa, bu, baş ağrılarının başlamasına təkan verə bilər. Bel, boyun, kürək ağrılarının arasında sinir sıxılması ilə bağlı yaranan spazmalar da böyük yer tutur. Əsəbləşdiyimiz zaman mədə ilə bağlı sinir daha çox çalışır və qastrit, mədə yarası kimi problemlərə yol aça bilər. Belə misallardan çox söyləyə bilərik, ağrı çəkən pasientin əziyyəti böyükdür. Bəzən bu ağrıların əsas səbəbi sinir sistemindəki pozğunluqlar ola bilər. Həkimin və xəstə yaxınının bu ağrıları "rola girmə" kimi qələmə verib, ciddiyə almamaları çox səhvdir. Xəstənin ağrıya səbəb olan mövcud xəstəlikləri müalicə edildikdən sonra sinir sistemi ilə bağlı mütləq müayinələr aparılmalıdır. Çünki əks təqdirdə ağırlaşmalarla üzləşib xroniki xəstəliklər qazanıla bilər.