Tez-tez ayaqyoluna gedən qadınlar, DİQQƏT! - Xərçəng ola bilərsiniz

 10:26 06.09.2019     1966

Son zamanlar qadınlar arasında yumurtalıq xərçəngi xəstəliyi geniş yayılıb.

Redaktor.az xəbər verir ki, yumurtalıq xərçəngi diaqnoz qoymaq üçün ən çətin ginekoloji xəstəliklərdən biri hesab edilir. Dünyada hər il yüzlərlə qadın bu xəstəliyin qurbanı olur.

Türkiyəli ginekologiya və doğum mütəxəssisi, professor Emel Kurtoğlu Özdeş bildirib ki, yaxın qohumlarında yumurtalıq və ya döş xərçəngi olan qadınlarda xəstəliyin inkişaf riski daha yüksəkdir.

Bundan əlavə, yaşın çoxluğu, müntəzəm və uzun müddətli yumurtlama, erkən menstruasiya, gec menopauza, sonsuzluq, siqaret çəkmək də xərçəngin bu növünün inkişafına səbəb olur.

Emel Kurtoğlu Özdeş əlavə edib ki, xəstəliyin əsas əlamətlərindən biri də, tez-tez ayaqyoluna getməkdir. Yaxın qohumlarında yumurtalıq və ya döş xərçəngi olan qadınlarda xəstəliyin inkişaf riski daha yüksəkdir.