Ana olmaq istəyən qadınlar MÜTLƏQ OXUSUN - Vacib məlumat

 13:23 06.09.2019     2247

Hamiləliyin erkən dövründə uşaqsalma riski daha yüksək olur. 

Redaktor.az xəbər verir ki, təkrarlanan uşaqsalma diabet, qan laxtalanması pozğunluğu kimi xəstəliklərdən qaynaqlanır. Bəzi hallarda isə qadının genetik quruluşu, rəhim quruluşu və ya həyat tərzi təkrarlanan uşaqsalmaya səbəb olur.

Türkiyəli ginekolok Recai Pabuçcu hesab edir ki, problemin mənbəyini müəyyən etmək təkrarlanan uşaqsalmaların qarşısını almaq üçün ən vacib addımdır:

“Çoxları hesab edir ki, süni mayalanma yolu ilə hamilə qalan qadınlarda uşaqsalma riski daha yüksəkdir. Lakin bu doğru deyil. Təbii və ya süni yolla hamilə qalmaq fərq eləmir, əsas uşaqsalmaya nəyin səbəb olduğunu düzgün tapmaqdır”.

Oral Mədənçi / Redaktor.az