İranla Azərbaycan xərçəng xəstəliyinin müalicəsində əməkdaşlıq edəcək

 19:17 06.09.2019     2376

İran və Azərbaycan xərçəng xəstəliyinin müalicəsində əməkdaşlıq edəcək.

Redaktor.az xəbər verir ki, İranın Radioterapiya Mərkəzi Azərbaycan Tibb Universiteti ilə İranda azərbaycanlı xərçəng xəstələrinin müalicəsi prosesini asanlaşdırmaq məqsədi ilə müqavilə imzalayıb.

Xərçəng Xəstəliklərinin Müalicəsi Mərkəzinin Rəyasət Heyətinin sədri Həmidrza Dehqan İraq Səhiyyə Nazirliyinin nümayəndələri ilə görüşdə APA-a açıqlamasında deyib ki, Azərbaycan Tibb Universiteti ilə imzanan müqaviləyə əsasən bu ölkənin xərçəng xəstələrinii daha təşkilatlanmış və yaxşı şərtlərlə İranda müalicəsini təmin edəcəklər.  Dediyinə görə, hazırda  mərkəzdə MRT texnologiyasından istifadə etməklə xərçəng xəstələri müalicə olunur: "Ölkəmizə gətirilən modern texnologiya Avropa ölkələrinə müalicə üçün gedən xərçəng xəstələrinə İranda daha az xərclə müalicə olunma imkanı yardır. Biz hazırda azərbaycanlı xəstələrin müalicəsi üçün müqavilə imzalamağı planlaşdırırıq”.

H.Dehqan onu da bildirib ki, əməkdaşlıq memorandomu azərbaycanlı xərçəng xəstələrinin müalicəsinin effektiv olmasına zəmin yaradacaq. /apa/