"Aşura günü" ilə bağlı qanvermə aksiyası davam edir

 12:45 10.09.2019     809

Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə "Aşura günü" könüllü qanvermə aksiyaları davam edir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, saat 12:00-a olan məlumata əsasən 3 510 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən 1579.5 litr qan tədarük olunub.