Payız gəldi, uçdu gəldi xəstəliklər... - Özümüzü NECƏ QORUYAQ?

 14:22 11.09.2019     511

Payız mövsümündə xroniki xəstəliklər daha da fəallaşmağa başlayır. 

Redaktor.az xəbər verir ki,  immuniteti zəif olan insanlarda soyuqdəymə, qrip, mədə-bağırsaq, ürək-damar sistemi və allergik xəstəliklərin, vitamin çatışmazlığının doğurduğu patoloji hallar baş verir. 

Tibb elmləri doktor, professor Adil Qeybulla bildirib ki, payız mövsümünün gətirdiyi xəstəliklərdən qorunmaq üçün ilk növbədə dəyişən hava şəraitinə adaptasiya olmaq lazımdır:

“Hər şeydən əvvəl dəyişən hava şəraitinə adaptasiya olmaq, ona uyğun geyinmək lazımdır. Gün ərzində bəzən olur ki, səhər hava günəşli olur, günün ikinici yarısında temperatur birdən-birə dəyişir, aşağı enir. Əgər bu cür havaya uyğun geyinilməyibsə bədənin də temperaturu aşağı düşür və soyuqdəymə baş verir. Nəticədə bir sıra xroniki xəstəlilkər, məsələn, xronki bronxit, faringit xəstəlikləri fəallaşmağa başlayır.

Yuxarı tənəffüs yollarında 15-dən çox infeksiya mövcuddur ki, onlar fəallaşanda özünü qrip şəklində  biruzə verir. Qrip isə konkret epidemiyaya meylli virusdur.

"Onu da qeyd edim ki, qrip çox pis xəstəlikdir, onun ağır nəticələri ola bilir və ətrafdakı insanlara da asanlıqla yoluxur. Buna görə də qripə yoluxan xəstələr mütləq, yataq rejimində müalicə almalı və yaxud ictimai yerlərdə, avtobus və s. yerlərdə xüsusi maskalardan istifadə etməlidirlər. Əks təqdirdə kollektivdə olan sağlam insanlar da tez bir zamanda qripə yoluxa bilər. Xüsusən də immuniteti zəif olan insanlar bu xəstəliyi ağır keçirir.

Sovet dövründə kəskin respirator adı altında diaqnoz qoyulurdu. Bütün bu qripin sindromları, yəni burunun axması, asqırmaq, öskürmək, hərarət kimi əlamətlərlə müşahidə olunan hallar kəskin respirator adı altında ümumiləşdirildi, xəstələnən şəxs müalicə almaq üçün bülletenə çıxarılırdı. Lakin indi daha çox özəl sektor olduğundan, bu məsələyə o qədər də diqqət edilmir”.

Oral Mədənçi / Redaktor.az