Antibiotiklərin daha bir zərəri üzə çıxdı - İnsult riski...

 19:54 13.09.2019     920

İnfeksion xəstəliklər zamanı qəbul edilən həblər sağlamlıq üçün təhlükəlidir.

Redaktor.az Life.ru-ya istinadən xəbər verir ki, bu barədə  nüfuzlu "Journal of the American College of Cardiology" dərgisində məqalə çap olunub.

Məqalə Kanadada fəaliyyər göstərən Britaniya Kolumbiyası Universitetin araşdırmasına əsasən dərc edilib.

Məlumata görə, mədə-bağərsaq,böyrək və pnevmoniya xəstəlikləri zamanı qəbul edilən antibiotiklər ürək-damar sisteminə zərər vurur. Alimlər xüsusilə ucuz və asan tapılan antibiotiklərin insult riskini artırdığı qənaətindədir.

Rüfət Xəlil/ Redaktor.az