Orqanizm nə qədər dəmir tələb edir? - Gündəlik NORMA

 21:46 14.09.2019     466

Orqanizmdə dəmirin miqdarının az olması başgicəllənmə, yorğunluq, baş ağrısı, tənəffüs problemləri və soyuğa qarşı həssaslıq kimi simptomlarla xarakterizə olunur.

Bu isə anemiyaya xas olan əlamətlərdir. Anemiya hər kəsdə inkişaf edə bilər. Amma müəyyən yüksək risk qrupları var- bura hamilə, doğuş keçirən qadınlar, 65 yaşdan yuxarı insanlar, aspirin də daxil olmaqla qan duruldan dərmanlar qəbul edənlər, böyrək çatışmazlığı olanlar, az, yetərincə qida qəbul etməyənlər, dəmirin sorulmasına mane olan xəstəliklərdən əziyyət çəkənlər aiddir.

Dəmir mənbəyi heyvan mənşəli qidalar - qaraciyər, istiridiya balığı, yumurta, qırmızı ət, toyuq əti və meyvə-tərəvəzlər, ələlxüsus üzüm, əzgil, qara gavalı, quru meyvələr, qoz-fındıq, bütün paxlalılar, o cümlədən lobya və taxıl məhsulları hesab olunur.

Orqanizm nə qədər dəmir tələb edir?

Gündəlik pəhriz üçün lazım olan dəmirin miqdarı sizin yaşınıza, cinsinizə və digər amillərə bağlıdır. İdeal olaraq, 19 yaşdan 50 yaşa qədər olan qadınlara hər gün təxminən 18 mg, eyni yaşda kişilərə gündə təxminən 8 mq dəmir lazımdır. Qadınlar menopauza dövrünə daxil olduqda, onların ehtiyacı gündə 8 mq-a qədər azalır. 14-18 yaşlarında olan uşaqlar gündə 11 mq-dək dəmirə ehtiyac duyurlar. Eyni yaş qrupundakı qızlara hər gün təxminən 15 mq dəmir lazımdır.

Yaşından asılı olmayaraq, hamilələr isə gündə 27 mq dəmir qəbul etməlidir.