Cəmi 3 manata diş ağrısından xilas ola bilərsiniz - MÜTLƏQ OXUYUN!

Diş ağrısı insanların tez-tez qarşılaşdığı problemlərdəndir.
Redaktor.az xəbər verir ki, Adaçayı yarpağından hazırlanan isti həlimlə qısa zamanda diş ağrısından xilas ola bilərsiniz.
Bunun üçün 5 qram Adaçayı yarpağını 1 stəkan isti suda dəmləyin. Təxminən 10-15 dəqiqədən sonra hazırladığınız mayeni 30 saniyə ağrıyan dişinizin üzərində saxlayın və qarqara edin. Bunu gündə 3-4 dəfə təkrarlayın.
Qeyd edək ki, Adaçayı yarpağını istənilən marketdən 3 manata almaq mümkündür.
Diş ağrısından xilas olmaq üçün xardal və bal da köməyinizə çata bilər. Belə ki, bir qədər xardal götürərək, onu təmiz, ağ balla qarışdırıb, ağrayan dişin üzərinə qoymaq lazımdır. Qısa zamanda diş ağrısını kəsir.
Oral Mədənçi / Redaktor.az