“Şəkərli diabet xəstələrinin sayı ilbəil artır" - Komitə sədri

 13:45 18.09.2019     4431

“Şəkərli diabet xəstələrinin sayı ilbəil artır, onlar üçün dərman vasitələri və avadanlıqlarla bağlı çatışmazlıqlar yaranır”.

Redaktor.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitənin sədri Əhliman Əmiraslanov bildirib.

Ə. Əmiraslanov  deyib ki, bu kimi xəstəliklərlə bağlı dövlət proqramları var: “Bu dövlət proqramları da gələcəkdə icbari tibbi sığortanın tərkibinə veriləcək”.//Apa.az