Heydər Əliyev Fondu və Səhiyyə Nazirliyi qanvermə aksiyaları keçirir

 17:21 23.09.2019     9369

Heydər Əliyev Fondu və Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya institutu rayon mərkəzi xəstəxanalarında talassemiyalı və hemofiliyalı xəstələri qan və onun komponentləri ilə təmin etmək məqsədi ilə ölkə ərazisində qanvermə aksiyaları həyata keçirir.

Səhiyyə Nazirliyindən Redaktor.az-a verilən xəbərə gtörə, Tərtərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri üçün könüllü qanvermə aksiyası təşkil edilib.

Aksiyada iştirak edənlər müayinədən keçirilib, qan analizləri götürülərək laborator müayinəyə göndərilib.

Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən toplanan qan və onun komponentləri ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.