Bu il Azərbaycanda 279 nəfər qızılcaya, 11301 nəfər suçiçəyinə tutulub

 13:15 25.09.2019     885

Ötən il Azərbaycanda 52 nəfər qızılca xəstəliyinə tutulub. 

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata əsasən, xəstəliyə tutulanlardan 35 nəfəri kişi, 17 nəfəri qadın, 10 nəfəri isə 0-17 yaş qrupuna malik şəxslərdir.  Bundan başqa, 2018-ci ildə 15870 nəfər suçiçəyi xəstəsi kimi qeydə alınıb ki, onlardan 8517-si kişi, 7353-ü qadın, 13780-i 0-17 yaş aralığına aiddir.

Komitədən bu ilin statistikası haqqında da məlumat verilib. Bildirilib ki, bu ilin yanvar-iyun ayları ərzində 279 nəfər qızılca xəstəliyinə tutulub. Onlardan 140 nəfəri kişi, 139 nəfəri qadın, 62 nəfəri isə 0-17 yaş qrupunda olan xəstələrdir. Bundan başqa 2019-cu ilin 6 ayı ərzində 11301 nəfər suçiçəyi xəstəsi kimi qeydə alınıb. Xəstələrdən 6089-u kişi, 5212-si qadın, 9543-ü isə 0-17 yaş aralığında olanlardır. 

Səhiyyə Nazirliyinin məlumatına əsasən, ötən il ölkə üzrə suçiçəyi xəstəliyindən biri qız, biri oğlan olmaqla 2 nəfər ölüb. Qızılca xəstəliyindən isə ölüm halı qeydə alınmayıb.//Apa.az