DİQQƏTLİ OLUN: Ölkədə kəskin virus yayılıb - Gün ərzində...

 15:00 27.09.2019     1773

Payız fəslinin gəlişi ilə ölkədə qripə yoluxanların sayı artıb.

Redaktor.az xəbər verir ki, nəfəs yollarının kəskin infeksiya xəstəliyi olan qripin əsas simptomları titrəmə, qızdırma, boğaz ağrısı, əzələ ağrıları, kəskin baş ağrısı, öskürmə, zəiflik və halsızlıqdır.

Bəs qripdən necə qorunmalı?

Terapevt, tanınmış həkim Nigar Quliyeva bildirib ki, qripdən tez zamanda xilas olmaq üçün çoxlu maye qəbul edilməlidir:

“Bol-bol limon qatılmış bitki çayları için. Boğaz ağrısı üçün nanə tərkibli dərmanlar və çaylar da yaxşı təsir göstərir. Bal və limon qarışığı və ya ağ zəncəfil tozu qarışıdırılmış bal, öskürəyi kəsmək üçün ideal bir vasitədir”.

Həkim əlavə edib ki, profilaktika üçün qrip mövsümü başlamazdan əvvəl peyvənd vurdurun.

Qeyd edək ki, Səhiyyə Nazirliyi bu il də payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyaları üzərində epidemioloji monitorinq aparıb.

Nazirlikdən bildirilib ki, hazırda Azərbaycanda kəskin respirator virus infeksiyaları və qriplə bağlı epidemioloji vəziyyət sabitdir, mövsüm dəyişikliyi ilə əlaqədər tək-tək hallarda kəskin respirator virus infeksiyaları müşahidə edilir, artım yoxdur.

Oral Mədənçi / Redaktor.az