Alimlərdən çay paketləri ilə bağlı ŞOK ARAŞDIRMA - Gizli təhlükə üzə çıxarıldı

 18:09 28.09.2019     898

Kanadanın Makgilla Universitetinin tədqiqatçıları çay paketində milyardlarla mikro və nanoplastik hissəciklərin olduğunu deyib.

Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ətraf Mühit Elmləri və Texnologiyaları (Environmental Science & Technology) məlumat verib. Qeyd edilib ki, sadəcə bir çay paketinin və çayın içərisində təxminən 11.6 milyard mikropartiklik və 3,1 milyard nanohissəcik ola bilər. Alimlərin fikrincə, bu, digər içki və yeməklərdə tapıla biləcək miqdardan çoxdur.

Mütəxəssislər araşdırmada çay yarpaqlarını çay paketlərindən çıxardıqdan sonra onun üzərinə qaynar su töküb və 5 dəqiqə saxlayıblar. Bundan sonra tədqiqatçılar suyu süzüb və istifadə olunan paketləri mikroskop altında araşdırıb. Məlum olub ki, paket içərisində olan nanohissəciklər yalnız dəmləmə zamanı ortaya çıxır.

Qeyd edək ki, əvvəllər çay paketləri İngiltərənin ən yaxşı ixtiralarından biri olaraq tanınıb.(publika.az)