Nə üçün davamlı üşüyürük? - SƏBƏBLƏR

 01:23 04.10.2019     1266

Üşümək bədənin ətrafdakı istiliyin anidən dəyişməsinə verdiyi reaksiyadır. Bu zaman dəri, əzələlər və damarlarda yığılıb-açılma prosesi baş verir. Bəs davamlı üşümək normal haldırmı? 

Medicina.az sizə davamlı üşüməyin səbəbləri haqqında məlumat verir. Üşüməyin əsas səbəblərindən biri çox arıq olmaq ola bilər. Çəki az olduğu zaman bədəndə insanı soyuqdan qoruyacaq lazımi qədər piy olmur. Əgər nəzarətsiz arıqlayır və kalorilərdən azad olursunuzsa, bu maddələr mübadiləsini poza və temperaturun tənzimlənməsinə təsir edə bilər.

Digər bir səbəb Tiroid(qalxanabənzər vəzi) vəzinin normal işləməməsi ola bilər. Tiroid vəzi kifayət qədər hormon istehsal etməsə, soyuğa qarşı dözümsüzlük yaranır. Çünki Tiroid hormonları maddələr mübadiləsini və temperaturu tənzimləməyə kömək edir.Hipotiroidizmin digər əlamətləri yorğunluq və aşağı ürək döyüntüsüdür.

Necə düzəldilməli? 

Mütləq həkimə müraciət edin. Tibbi müayinə zamanı həkiminiz TSH testindən keçmənizi istəyəcək. Bu, bədəninizdə tiroid hormonunun lazımi miqdarda olub- olmadığını öyrənməyə kömək edəcək. 

 

Su çatışmazlığı 

Kifayət qədər su içmirsizsə, bu, üşümənizə səbəb ola bilər. Su maddələr mübadiləsini gücləndirir, qidaların parçalanmasına və enerji yaratmasına kömək edir. Əgər susuz qalsanız, bu, istilik və enerji çatışmazlığına səbəb olacaq. Əgər sadə su içə bilmirsinizsə, içərisinə limon, mixək və nanə yarpaqları əlavə edin. 

Anemiya(Qan azlığı)

Anemiya əl və ayaqların soyuq olmağına səbəb olur. Qırmızı qan( eritrositlər) hüceyrələrinin yetərincə olmaması anemiya yaradır. Anemiya hamiləlik, menstruasiya, qan itkisi və ya düzgün qidalanmadıqda meydana gəlir.Anemiyanın digər simptomlarına solğun dəri, ürək döyüntülərinin artması, yorğunluq və baş ağrısı daxildir.

 

İnsomniya (yuxusuzluq) 

Yaxşı yuxu bədən istiliyinin tənzimlənməsi üçün son dərəcə vacibdir. Buna görə soyuqdan titrəməyə davam etsəniz, səbəbi olduqca sadə ola bilər. Gündəlik cədvəlinizi nəzərdən keçirin və yatmaq üçün kifayət qədər vaxtınız olduğundan əmin olun ki, bədəninizə lazım olan enerjini təmin edə biləsiniz