Böyük insanlar da AUTİZM olur Daha fərqli səbəblər, əlamətlər

 20:40 05.10.2019     564

Bir çox insanlar elə bilir ki, autizm ancaq azyaşlı uşaqlarda olur və ya uşaq vaxtı diaqnoz olunur. Autistik spektr pozulmaları ətrafında müzakirələr, elmi araşdırmalar daha çox uşaqlar üzərində olur.

Amma autizim insan böyüdükcə itmir, müalicə olunmur və ümumiyyətlə daha böyük yaşlı insanlarda da autizm olur.
Netroontogenetik pozulmalar psixi inkişafın erkən yaşlardan dəyişilməsi ilə başlayır.

Həm uşaqlarda, həm böyüklərdə autizm sosial adaptasiya, cəmiyyətə inteqrasiya və məhdudlaşan maraqlar, stereotiplər, təkrarlanan davranış və hərəkətlərlə müşayiət olunur.

Onun diaqnozunu qoymaq, fərqləndirmək elə də asan deyil, mütləq aydın, təkrarlanan, dayanıqlı əlamətlər olmalıdır. Bir çox uşaqlar yüngül funksional pozğunluqlar olduğundan mütəxəssislərin diqqətindən kənarda qala bilir və vaxtında diaqnoz olunmur.

Autizmi neyrotipik xəstəliklərdən fərqləndirmək elmdə yeni yarandığı üçün deməli 10-20-30 il əvvəlki uşaqlar var ki, autizm diaqnozu vaxtında qoyulmayıb.
Britaniya alimlərinin hesablamasına görə, böyüklərdə də autizm elə uşaqlardakı kimi 100 nəfərdə 1 olmaqla rast gəlinir. Amma ABŞ mütəxəssisləri deyir ki, uşaqlarda bu rəqəm artıq 59 uşaqda birdir.

Redaktor.az medicina.az-a istinadən bir qədər böyük yaşlı insanlarda autizmin əlamətlərini təqdim edir

Spektral pozulmaların simptomları həddən artıq çoxdur. Əgər uşaqlıqda autizm qoyulmayıbsa, deməli bu uşaq nevroloji variasiyada qiymətləndirilib və nevroloji, psixoloji pozuntulu uşaq kimi qiymətləndirilib.

Böyüklərdə bu 3 əsas istiqamətdə özünü göstərir:

-Sosial ünsiyyətdə çatışmazlıq
-Verbal və ya qeyri-verbal kommunikasiya
-Təkrarlanan davranış və ya rituallar

Böyük autistlər yüngül nevroloji özəlliklərə malik olur, səhvən bunu diqqət yayqınlığı, diqqət defisiti və hiperaktivliklə səhv salırlar.
Digər böyük autistlərdə daha ciddi əlamət - danışıq, nitqin qüsurlu olması və ya danışıq ünsiyyətinin alınmamasıdır.

Bu iki insanda eyni simptomlar ola bilməz, əlamətlər, çox fərqlənir. Buna görə diaqnostika ilə çox peşəkar mütəxəssis məşğul olmalıdır.
Çox insanlar yanlış olaraq düşünür ki, autislər dost və doğmaları tanımır, biganədir, təkdir, sevgi münasibətlərinə can atmır, evlənmir, intim münasibətdə olmur və s. Bunlar mifdir.

Bu kimi əlamətlərlə autizm diaqnozu qoymaq olmaz. Çoxsaylı sübutlar var ki, əksinə autistlər münasibət və ünsiyyətə ciddi ehtiyac duyur, can ayır, amma bunu köməksiz və yönəldici olmadan edə bilmir.

2019-cu ildə aparılan yeni araşdırmaya görə, autistlər də təhsil aldıqda çox yaxşı sosial psixoloqlar olurlar, onlar da digər tələbələr kimi kütlənin psixologiyasını anlayır, problemləri həll edir.

Autizm qazanılmış da olur

Anadangəlmə autistik spektrdənəlavə hissəvi autizm və qazanılmış autizm də olur. Kaliforniya Universitetinin alimləri sübut edib ki, insanda autistik spektr pozulmalarına səbəb olan 69 gen var. Bu vaxta kimi 16-sı məlum idi.

Ətraf mühit, xəstəliklər, stress, ailədaxili və cəmiyyətdə problemlər sonradan da autistik pozuntu yarada bilər.
Bəs normal sayılan bir insanın birdən-birə autistik spektr pozumasının  yaranmasını necə izah etməli? Alimlər bildirir ki, bu tam autistik pozulma deyil, ikincili simptomdir və ya şəxsiyyətin autizasiyasıdır.

O, insanda gənc və orta yaşlarında ağır depressiya, şizofreniya, təşviş həyəcan pozuntuları fonunda yaranır.

Davamlı depressiya, psixi reaksiyaların dəyişməsi nəticədində insan qapanır, sosial bağları qoparır, ünsiyyətdən qaçır, heç kimi arzulamır, sosiafobiya yaranır - beləcə həqiqi autizm yox, onun ikincili təzahürü baş verir. Belə hallar anadangəlmə autizmə nisbətdə çox uğurla müalicə olunur.
Kişi və qadında fərqlər?

Bu gün uşaqlarda da autizmin cinsə görə fərqli olduğu məlumdur. Hətta oğlan uşaqlarında autizm daha çox rast gəlinir, nəinki qızlar. Hər 5 autist oğlana 1 qız düşür.

Bu böyüklərdə də belədir. Kişilərdə daha çox rast gəlinir, amma daha asan diaqnoz olunur. Qadınlarda isə testlər çətindir. Oğlan və qızların tərbiyəsində və sosiallaşmasında fərqlər də qadınlarda simptomları tez görməyə mane olur.

İstənilən halda böyük yaşlı insanda birdən birə autizmə bənzər davranışlar gördükdə diaqnozu dəqiqləşdirib, yardım göstərmək lazımdır. İnsanın özünə də bu barədə məlumat verilməlidir. O, öz diaqnozunu bilib, müalicəsi üçün vacib addımlar atmalıdır.

Autistlər hətta 50 yaşları olsa belə dəstəyə və köməyə ehtiyacı var. Çünki autistik spektr pozuntusu oldusa, o öz özünə keçib getmir və ömürlükdür.