Eşitmə, görmə və yaddaş üçün sirop - Fantastik RESEPT

 01:12 08.10.2019     4842

Bu qarışım orqanizmdən artıq yağı, mayeni çıxarır, beyin qan dövranını və funksiyalarını yaxşılaşdırır. Yaddaş, eşitmə, görməni itiləşdirir.

Eləcə də qrip mövsümündə soyuqdəyməni çıxarır.

 

Redaktor.az xəbər verir ki, siropun əsas tərkibi xren –qıtıqotudan ibarətdir ki, o da C, B vitamini, dəmir, kaliy,  maqniy, fosforla zəngindir.

 

 Hazırlanması:

 

125 qr xren

4 ədəd limon

3 xörək qaşığı bal

1 xörək qaşığı darçın

2 cm zəncəfil kökü

 

Xren kökü ilə zəncəfil blenderdən keçirilir. Bura limonların suyu sıxılır, qarışdırılır, daha sonra darçın və bal qatılır. Blenderdə sirop halına salıb, şüşə qaba yığın.

 

Gündə 2 dəfə yeməkdən öncə 1 xörək qaşığı miqdarında qəbul olunur. 

Kurs 3 həftədir./medicina.az/