Baş gicəllənməsi, təngnəfəslik... - DİQQƏTLİ OLUN!

 18:47 15.10.2019     1335

"Havanın temperaturunun qalxması insanlarda qan təzyiqinin düşməsi, baş gicəllənməsi, təngnəfəsliyə səbəb ola bilər".

Bunu Səhiyyə Nazirliyinin baş terapevti, professor Yaqub Qurbanov “Payız fəslində yaz havasının müşahidə olunması orqanizmdə hansı fəsadlara yol aça bilər?” sualına cavabında deyib.

Onun sözlərinə görə, belə havada xəstələr səhhətlərində narahatlıq hiss edərlərsə, sahə həkimlərinə müraciət etsinlər:

“Tez bir zamanda müraciət edib, fəsadların qarşısını almalıdırlar. Təbii ki, temperaturun bu formada olması yaşlı adamlara daha çox təsir edər, bu insanlar temperaturun düşüb-qalxmasına həssasdırlar. Müəyyən reseptlərin dozalarına uyğun olaraq, bu halların qarşısı alına bilər. Sağlam orqanizm temperaturun düşüb-qalxma hallarını yaxşı qəbul edir, adaptasiya prosesi yaxşı gedir. Pataloji halda, ürək- damar, tənəffüs sistemi xəstəliklərində, əsəbi adamlarda proses bu və ya digər formada dəyişikliklərə səbəb ola bilər”.

Baş terapevt qeyd edib ki,  burada həm də əsas məsələ bədənin müqaviməti və yaş amili rol oynayır:

"Hər yaş qrupunun öz müqaviməti var. Ona görə də yaşlı adamlar belə havalarda daha ehtiyatlı olmalıdırlar”.

Nihadə Eyyubova / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən