Hündürdaban ayaqqabı BU XƏSTƏLİKLƏRİ YARADIR - XANIMLARIN DİQQƏTİNƏ! / VİDEO

 14:15 16.10.2019     4010

Xanımların seçim edərkən hündürdaban ayaqqabılara daha çox üstünlük verirlər. Lakin onlar bu seçimləri ilə özlərinə hansı zərərlər vurduqlarının fərqində deyillər.

Redaktor.az xəbər verir ki, ARB TV-nin “Günə Doğru” proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.

Fizioterapevt  Nigar Ömərovanın sözlərinə görə, uzun müddət hündürdaban ayaqqabı üzərində dayanmaq həm onurğa problemlərinə, həm də ayaqda müəyyən mənfi təsirlərə gətirib çıxarır.

“Bu ayaqqabıları geyindikdə daban pəncədən daha hündür olur, o zaman da bədən tarazlığı itir. Bədən tarazlığı itəndə isə qamət arxaya gedir və bütün onurğa sütununa, sinirlərə, diz oynaqlarına qüvvət düşür ki, bu da ağrılara səbəb olur”.

Bununla da bitmir, dikdabanlarda ayağın önə doğru əyilməsi ayaq əzələlərinin qısalmasına və yararsız hala düşməsinə səbəb ola bilər. Araşdırmalar göstərir ki, bədən ağırlığının 60 faizi topuqda, 40 faizi isə barmaqlarda daşınır. Ancaq dikdabanlarda bütün yük barmaq uclarına düşür və bu yaralanmalara, sümük çıxmalarına gətirib çıxarır. 

Ekspertlər bildirir ki, ən təhlükəli hesab edilənlər dabanı hündür və ucu dar ayaqqabılardır. Bu ayaqqabıları seçərkən əsas diqqət etməli olduğumuz məqam dabanın nə qədər hündür olmasıdır.

Daha ətraflı videodan izləyin:

Oral Mədənçi / Redaktor.az