Həkimlər XƏBƏRDARLIQ ETDİ: Uşaqların həyatı təhlükədədir

 11:00 26.10.2019     2612

10 ildən sonra dünyada 5-19 yaş arası 254 milyon nəfər artıq çəkidən əziyyət çəkəcək.

Redaktor.az xəbər verir ki, bu barədə beynəlxalq həkimlər Ümumdünya Səhiyyə təşkilatının və BMT-nin məlumatları əsasında 191 ölkədə araşdırma aparıb. Hesabata görə, qarşıdakı illərdə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə artıq çəkidən əziyyət çəkən uşaqların sayı sürətlə artacaq.

Həkimlərin sözlərinə görə, bunun əsas səbəbi qidalanma ilə bağlıdır. Elm adamları hesab edir ki, bu, eyni zamanda həmin uşaqların həyatı üçün təhlükə yaradacaq.

Anar Türkeş / Redaktor.az