DİQQƏT: Bu 5 qidanı çiy halda yemək TƏHLÜKƏLİDİR

 11:27 23.10.2019     3695

Bəzi insanlar tərəvəz bitkilərinin çiy halda yeyilməsinin sağlamlıq üçün daha faydalı olduğuna inanırlar.

Redaktor.az sizə çiy halda yeyilməsi təhlükəli olan qidaları təqdim edir:

Brokoli

Brokoli, Brüssel kələmi, gül kələmi və kələmkimilər sinifindən olan digər tərəvəzlər çiy halda yeyilə bilinir. Lakin çiy halda yemək köp yaradır. Buna görə də elə bişmiş halda yemək daha məqsədə uyğundur.

Badımcan

Badımcanın tərkibində mədə-bağırsaq traktını qıcıqlandıran, kalsiumun udulmasını azaldan solanin maddəsi var. Nəticə etibarilə badımcanı çiy halda yeyən insanlar mədə ağrısı, ürəkbulanması, başgicəllənmə, hətta qusma ilə qarşılaşa bilər. Onu da qeyd edək ki, badımcanı bişirməklə tərkibindəki solanini zərərsizləşdirmiş olursunuz. 

Uçqun otu

Yarpaqları toksik maddələr ifraz edir. Çiy halda yemək istəsəniz çox az miqdarda yeyə bilərsiz. Uçqun otunun yeyilə bilən hissəsi sadəcə zoğlarıdır. Həm ləzzətli, həm də faydalıdır.

Kartof

Kartofu çiy halda yeməyiniz məsləhət deyil. Yetişməmiş xam kartof günəş işığına məruz qaldıqda təhlükəli miqdarda solanin ifraz edə bilər. Bu, xam badımcan yeməklə eyni simptomlara səbəb ola bilər.

Qırmızı lobya

Qırmızı lobya çiy halda yeyildikdə mədə sancılarına, qusma və ishala səbəb olur. Dadsız və iysizdir.

Vumart və Güvən reklamı Vumart Güvən