Tualet kağızı bu xəstəliklərə səbəb ola bilər - HƏKİM AÇIQLAYIR
Son zamanlar daha çox istifadə edilən tualet kağızları ilə bağlı müxtəlif fikirlər səslənir. Bunlardan biri də həmin kağızların infeksiyalara səbəb ola bilməsidir.
Maraqlıdır, insanların əksəriyyətinin istifadə etdiyi tualet kağızları həqiqətən zərərlidir?
Redaktor.az lent.az-a istinadən bildirir ki, bu mövzu ilə bağlı allerqoloq Günel Məmmədova ilə əlaqə saxlanılıb.
Həkim bildirib ki, bu kağızlar gigiyenik cəhətdən məsləhət deyil:
"Bu kağızlar anal çatlara, eyni zamanda sidik yollarının infeksiyasına səbəb ola bilər. Arxadan önə doğru silinərkən istər kişilərdə, istərsə də qadınlarda ciddi problemlərin yaranmasına gətirib çıxara bilər. Bağırsaq infeksiyalarının silinərək önə gətirilməsi sidik yollarında infeksiyalar da yarada bilər. Düşünürəm ki, buna görə də təmiz su ilə yuyunmaq daha yaxşıdır".