Hava dəyişəndə sümüklərimiz niyə ağrıyır?

 07:00 27.10.2019     353

Hava bir az soyuyan, tutulan kimi, yağış yağmazdan öncə çox insanlar sümüklərinin, oynaqlarının sıxıldayıb ağrımasından şikayətlənir. Əvvəllər bu ağrılar 50 yaşdan sonra insanlarda eşidilirdi. İndi isə gənclər də sümüklərin, diz və biləklərinin sancmasından gileylənir.

Bir çoxu bunu revmatizmə, bir çoxları isə meteohəssas olduqları üçün yağışı, küləyi əvvəlcədən hiss etdiklərinə yozur. Nəyə görə hava dəyişimi ağrı verir, səbəb nədir və bununla necə mübarizə aparmalı?

Redaktor.az medicina.az-a istinadən xəbər verir ki, bu vəziyyət oynaqlarda yerləşən baroreseptorlarla bağlıdır. Bildiyiniz kimi oynaqlar təkcə dizdə yox, çanaq, bud, çiyin, qollarda da var. 

Hava rütubəti, nəmliliyi artan, temperatur aşağı düşəndə oynaqlar arası mayenin səviyyəsi azalır, bağlar genişlənir. Məhz bu an insan oynaqlarında ağrı, sızıltı hiss edir. Bu hər insanda olur, amma hamı heç də eyni hiss etmir. Daha çox artıq damar və oynaqlarında problemi olanlarda ağrı çox olur.

Nəm hava, güclü külək, qəfil soyuqların düşməsi mövcud xəstəlikləri ağırlaşdırır. 

"Aşağı ətrafların soyuması, qan dövranı pozulması artritin yaranmasına daha da zəmin yaradır” – deyə həkim bildirir.

Sağlam insan yalnız çox güclü və qəfil hava dəyişimləridə diskomfort hiss edə bilər.