Kimlərə çox su içmək olmaz? - Ölümə səbəb olur

 03:14 30.10.2019     458

Hər bir insan üçün adi suyun 5-7 litr həcmində qəbulu ölümcül dola hesab edilir.

Son zamanlar gündə 2-2,5 litr su içməyin sağlamlığa faydaları barədə çox yazılar, məsləhətlər eşidirik. Bir çoxları buna əməl etməyə çalışaraq, möcüzə gözləyir. Amma elə xəstəlikləri olan insanlar var ki, onlar üçün sutkada 2 litr belə su içmək fatal sonluqla, yəni ağırlaşma və ölümlə nəticələnə bilər.

Redaktor.az xəbər verir ki, bu problemi olanlar su isteriyasına düşməsin.

-Kəskin və xroniki ürək –damar xəstəlikləri olanlar, ürək əməliyyatı keçirənlər, ürək çatışmazlığı – Maye qəbulu artdıqca dövr edən qanın miqdarı artır, ürəyin yükü çoxalır

-Kəskin və xroniki böyrək çatışmazlığı olanlar, böyrək təzyiqi olanlar – Böyrəklər artıq mayenı süzə bilmir, yük çoxalır

 

-Qaraciyər çatışmazlığı, assit xəstəliyi olanlar – qaraciyər toxumaları şişir

 

-Hamilə qadınlara – şişkinliyi artırır

 

-yeni əməliyyat keçirmiş şəxslərə

 

-6 ayına kimi körpələr /medicina.az/