ÜST: Azərbaycanda siqaretin qiyməti UCUZDUR

 11:05 30.10.2019     472

"Azərbaycanda tütünçəkmə ilə mübarizədə bir çox işlər görülüb, amma ölkədə siqaretin qiyməti hələ də ucuzdur, buna görə də hazırda bu istiqamətdə işlər aparılır".

Redaktor.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı "İlkin səhiyyə xidmətləri və qeyri-yoluxucu xəstəliklərlə mübarizədə potensialın artırılması" mövzusunda seminarda deyib.

O bildirib ki, Azərbaycanda tütünlə mübarizə üzrə çox yaxşı qanun qəbul edilib:

"Qanun qəbul olunsa da, onun icra mexanizminin tətbiqi daha vacibdir. Hazırda bununla bağlı sıxıntılar var".

H.Harmancı qeyd edib ki, Azərbaycan hökuməti ilə ÜST arasında bağlanan növbəti əməkdaşlıq müqaviləsinin müddəti bu il bitir. Bu il Azərbaycan hökuməti ilə növbəti iki il - 2020-2021-ci illər üçün əməkdaşlıq müqaviləsi imzalanacaq. ÜST rəsmisi yeni müqavilədə də qeyri-yoluxucu xəstəliklərə nəzarət, ana və uşaq sağlamlığının qorunması istiqamətlərinin əməkdaşlıqda əsas prioritet olacağını söyləyib.//Apa.az