ÜST-ün Azərbaycandakı nümayəndəliyinə beynəlxalq status verilib

 13:00 30.10.2019     491

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinə beynəlxalq status verilib.

Redaktor.az xəbər verir ki, bunu ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı "İlkin səhiyyə xidmətləri və qeyri-yoluxucu xəstəliklərlə mübarizədə potensialın artırılması" mövzusunda seminarda deyib.

H. Harmancı qeyd edib ki, beynəlxalq status verilənədək nümayəndəliyə Azərbaycan vətəndaşı olan şəxslər rəhbər təyin edilirdi. Amma beynəlxalq status verildiyi üçün artıq ÜST-ün Azərbaycan nümayəndəliyinə xarici ölkə vətəndaşları rəhbər təyin edilirlər:

"Bu prosedur BMT tərəfindən müəyyən edilib. Yerli nümayəndəliyin üzərindən beynəlxalq status götürülməyənə qədər ona yalnız xarici ölkə vətəndaşları rəhbər təyin ediləcəklər".//Apa.az