Artıq çəkidən YEYƏRƏK XİLAS OLUN - RESEPT
Arıqlamaq üçün duzsuz, dadsız yeməklər yemək məcburiyyətində deyilsiniz.
Redaktor.az xəbər verir ki, sağlam pəhrizlə də artıq çəkidən azad ola bilərsiniz. Önəmli olan iradəli və güclü olmaqdır.
Ərzaqlar
150 qram toyuğun döş əti
1 ədəd balqabaq
1/2 ədəd pomidor
100 qram brokkoli
40 qram kök
1/2 soğan
2 xörək qaşığı qatıq
50 qram pendir
Duz
İstiot
Necə hazırlanır?
1. Balqabağı yuyun. İki yerə bölün. Səliqəli şəkildə içini təmizləyib, duz və istiot vurun.
2. Tərəvəzləri yuyun və hamısını kvadrat formasında doğrayın.
3. Toyuğun döş ətini də kvadrat formasında doğrayın.
4. Pendiri rəndədən keçirin.
5. Yağı tavaya qoyun. Tərəvəzləri, toyuğun döş ətini qarışdırıb yağda 7-8 dəqiqə bişirin.
6. Hazır olan içliyi bir qaba tökün və üzərinə qatıq əlavə edib diqqətlə qarışdırın.
7. İçliyi balqabağın içinə doldurun üzərinə pendiri əlavə edin.
8. Sobada 180 dərəcədə 40 dəqiqə bişirin.