20 qəpiklik qara kömür bu xəstəliklərdə kömək edir - SİYAHI

 04:16 05.11.2019     1499

Aktivləşdirilmiş qara kömür tabletləri hər evdə ilkin təcili yardım rolunu oynayan vasitədir. 

Redaktor.az 20 qəpiklik qara kömürün hansı xəstəliklərdə sizə kömək edəcəyini təqdim edir:

 

-Müxtəlif toksiki maddələri orqanizmdə toplayıb çıxarır. Kömürün özü mədə-bağırsaq tərəfindən sovrulmur, ona görə o, bütün mədə-bağırsaq sistemini gəzib zərərli maddələri özünə hopdurur və nəcislə çıxarır

-Dərman zəhərlənmələri, yeməkdən allergiya, kimyəvi zəhərlənmələr zamanı da ilk 5 saatda qara kömür verilməsi yaxşı kömək edir

-Qrip, zökəm, rotarovirus, ishal və s. zamanı da kömür infeksiya və bakteriyaları orqanizmdən tez çıxarmağa yardım edər

-Köpmədə qəbul edin

-Alkoqol zəhərlənməsində

-Dispeptik pozulmalar

-Eləcə də bağırsağı təmizləmək üçün

 

Qara kömür tableti hər 10 kq çəkiyə 1 ədəd olmaqla qəbul edilir. 5 yaşından aşağı uşaqlara olmaz. /medicina/

 

Yəni 70 kq çəkisi olan insan 5-7 ədəd kömürü birdən qəbul etməli və bol su içməlidir