Bu həb Altsheymer xəstəliyini MÜALİCƏ EDƏCƏK - VİDEO

 08:51 11.11.2019     1831

Çin Altsheymer xəstəliyi xəstələrinə ümid verəcək dərman istehsal edib.

Redaktor.az  xəbər verir ki, bu həb dünyada 20 ildən sonra ilk dəfə Altsheymer xəstəliyi xəstələri üçün istehsal olunan dərmandır. Tərkibi dəniz yosunu olan bu dərmanın dörd həftədə təsirini göstərəcəyi iddia olunur. 

Çinli alimlərin fikrincə, dərmanxəstəliyin ilk mərhələsində, yüngül və orta dərəcədə olarkən təsirini göstərə bilər.

Onlara görə, dərman Altsheymer xəstəliyini məğlub etmək potensialına sahib olan yeganə müalicə üsuludur.

Bu həb Çin Elmlər Akademiyasının Şanxay Materia Medica İnstitutu tərəfindən hazırlanıb.Dərman satışa çıxarıldıqdan sonra da onun labaratoriya sınaqları davam etdiriləcək. Əgər həbə bağlı hər hansı bir şübhəli hal yaşansa onun satışı dərhal dayandırılacaq. (ölkə.az)