Bizi ölümə aparan "Gürcü xəngəli" - Bu şəxslərə yemək olmaz!

 11:30 15.11.2019     9219

Azərbaycanda payız-qış mövsümündə xəmir xörəkləri, xüsusən də xəngəl yemək trend halına çevirilib.

Redaktor.az xəbər verir ki, dietoloq Səbinə Həsənova xəmir xörəklərini orqanizm üçün təhlükə mənbəyi hesab edir. Onun sözlərinə görə, belə yeməklər karbohidratlarla zəngindir. Bu, orqanizmdə maddələr mübadiləsini pozur:

“Karbohidratın 3 əsas tərkib hissəsi var: Qlükoza, laktoza, fruktoza. Bunlar da bədənə ziyan olan maddələrdir. Xəmir xörəkləri kalori baxımından da çox yüksəkdir.

Dietoloq əlavə edib ki, tez-tez xəngəl yemək olmaz. Xəngəl ətli, zülallı, proteinli deyil, tərəvəzlərlə yeyilməlidir: 

“Xəmir xörəklərinin ununa xüsusi diqqət edilməlidir. Çünki qara unun ağ undan fərqli olaraq, həm kalorisi aşağıdır, həm də mədə-bağırsaqda daha rahat həzm olunur. Məhz ona görə də, insanlar qara undan hazırlanan xəmir xörəklərini yesələr, daha faydalı olar".

Səbinə Həsənova bildirib ki, bu mövsümdə ən çox yeyilən "Gürcü xəngəli"nin də bir çox zərərləri var:

"Bilirsiniz ki, bu yemək növü gürcü mətbəxinə aiddir. Gürcülər onu xüsusi hazırlanmış ətdən bişirirlər. Ət bir döymə üsulu ilə əzilir, bir neçə gün saxlanılır, qanlı suyu tamamilə çıxır. Bizim restoranlarda isə çiy ət çəkib, xəmirin içində qaynadırlar. Ətin suyu tam çıxmadığı üçün xəmirin içində qalır. Nəticədə mədə-bağırsaqda ciddi problemlər yaranır".

Oral Mədənçi / Redaktor.az